Açiq mənbələrdən foto.
Avropa İttifaqı Azərbaycanda qəbul edilən siyasi partiyalar haqqında yeni qanunu tənqid edib
Bakı/23.03.23/Turan: Avropa İttifaqı Azərbaycanda siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatlığını bildirib. Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırılıb. Bu barədə Aİ-nin Xarici Siyasət Xidmətinin 22 mart tarixli bəyanatında deyilir.
"Avropa İttifaqı siyasi partiyalar haqqında yeni qanunla tətbiq edilmiş məhdudiyyətlərdən narahatdır. Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək, fikri ifadə etmək və dinc toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara çəkindirici təsir göstərə bilər", deyə Aİ-nin Xarici Siyasət Xidmətinin saytında yer alan bəyanatda bildirilir.
Bu hüquqlar "demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır". Aİ israrla Azərbaycanı Avropa Şurası Venesiya Komissiyasının əvvəlki siyasi partiyalar haqqında qanunla bağlı köhnə tövsiyələrini, habelə Venesiya Komissiyasının və ATƏT DTİHB-nin yeni qanunla bağlı 13 mart tarixli rəyində yer alan tövsiyələri yerinə yetirməyə çağırır.
"Siyasi partiyalar siyasi özünüifadənin əsas kollektiv aləti olaraq vətəndaşların siyasi iradəsini ifadə etməsinə şərait yaradır.
Dinamik, hesabatlı və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir", deyə bəyanatın sonunda bildirilir. 06В
Siyasət
-
Ötən ilin noyabrından Azərbaycanda müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin sıxışdırılması müşahidə olunur ki, bu da son dərəcə narahat edir və Azərbaycanı illərlə geriyə atır. Bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibəsində bildirib.
-
Böyük Britaniyanın 50-dən çox beynəlxalq təşkilatının və aparıcı universitetinin professorları Britaniya hökümətindən doktor Qubad İbadoğlunun işi üzrə səylərini artırmağa çağırırlar.
-
Demokratik Qüvvələrin Milli Şurası mayın 19-da Bakıda siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, quru sərhədlərinin açılması tələbilə etiraz aksiyası təyin edib.
-
Bu gün Ali Məhkəmədə Yunis Səfərovun və Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına sui-qəsd cəhdində ittiham olunan digər şəxslərin kassasiya şikayətlərinə baxılıb.
Rəy yaz