Açiq mənbələrdən foto.
Bakı bir daha Qarabağ ermənilərini görüşə dəvət edib
Bakı/27.03.23/Turan: Martın 27-də Azərbaycan hakimiyyəti Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha görüşə dəvət edib.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir", deyə Prezident Administrasiyasının rəsmi məlumatında bildirilir.
Xatırladaq ki, ilk görüş Xocalıda Rusiya sülhməramlılarının rəhbərliyinin vasitəçiliyi ilə keçirilmişdi. Amma görüşdən sonra Ermənistan tərəfi özünü Azərbaycanın tərkibində görmədiyi üçün reinteqrasiya məsələsini müzakirə etmək niyyətində olmadığını və Qarabağın müstəqilliyi uğrunda mübarizə aparacağını bildirib. 16D06
Siyasət
-
Sosial Hüquqlar Mərkəzinin əməkdaşı Ayşən Muradova bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Muradova jurnalistlərə deyib ki, o, “Abzas Media” işi üzrə 2,5 saat ərzində şahid qismində dindirilib.
-
Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.
-
Aprelin 23-də Beynəlxalq Güləş İttifaqı (UWW) İntizam Palatasının şəxsində 2024-cü ilin mart ayında Bakıda Avropa təsnifatı çərçivəsində Frank Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında yarımfinal görüşü zamanı pozuntulara görə arbitrləri hakimlik hüququndan məhrum edib. Bu barədə UWW-nin press-relizində deyilir.
-
Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.
Rəy yaz