Açiq mənbələrdən foto.
Finlandiya NATO-ya daxil olub, növbədə İsveç var
Vaşinqton/04.03.23/Turan: Bu gün Türkiyə və Finlandiya Brüsseldə Finlandiyanın NATO-ya daxil olması haqqında ratifikasiya fərmanının əsllərini ABŞ dövlət katibi Entoni Blinkenə təqdim edəcəklər, bu da bu Skandinaviya ölkəsinin Alyansa daxil olması prosesini başa çatdıracaq. Xəbəri TURAN-ın Vaşinqtondakı müxbiri verib.
"Biz mərasimi burada, Brüsseldə qeyd edəcəyik... Və bu, müttəfiqlər üçün bir araya gəlmək və qeyd etmək üçün əsas fürsət olacaq", deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culianna Smit Turan-ın müxbiri ilə söhbətində bildirib.
Xüsusi brifinqdə İsveçin Alyansa daxil olması ehtimalı haqqında suala cavabda səfir Smit deyib ki, prosesi Türkiyə və Macarıstan ləngidib.
Ankaranın narahatlığı terrorçuluq problemi ilə bağlıdır. "Finlandiya Türkiyənin irəli sürdüyü bəzi narahatlıqları aradan qaldırıb və hesab edirəm ki, yaxın gələcəkdə İsveçlə bağlı da bunu görəcəyik, odur ki, biz kifayət qədər nikbinik", deyə o bildirib.
Macarıstana gəlincə, o, "hər iki namizəd ölkə ilə danışıqlar aparır" və "biz bu ölkələri dialoqa və qarşılıqlı fəaliyyətə çağırırıq", deyə o bildirib.
Ukrayna və Rusiyanın Donbasa hücumu haqqında suala cavabda səfir Smit deyib ki, "aydındır ki", ruslar heç bir böyük qələbə əldə edə bilməyiblər. "Görək daha sonra nə olur, biz ukraynalıların yaxın həftələrdə hücuma başlayacaqlarını gözləyirik", deyə o qeyd edib. 0
-
- Böyük Şərq
- 3 Aprel 2023 21:39
-
- Maliyyə
- 4 Aprel 2023 10:45
Siyasət
-
2020-ci il parlament seçkilərində deputatlığa namizədlər Qorxmaz İbrahimli və Rəfail Zeynalzadə hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.
-
Qırğızıstan prezidenti Sadır Japarov və Azərbaycan prezidenti İlham Əliyev həmrəylik və dostluq əlaməti olaraq aprelin 25-də Qarabağın Xıdırlı kəndində gələcək orta məktəbin təməlqoyma mərasimdə iştirak ediblər.
-
Aprelin 24-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən insan sümük fraqmentləri aşkar edilib. Bu barədə Azərbaycan Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.
-
Yerevan qaz alınması məsələsini Bakı ilə müzakirə etməyə hazırdır. Bu barədə aprelin 25-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 233
Rəy yaz