Vedant Patel
ABŞ Bəxtiyar Hacıyevin işini “diqqətlə” izləyir
Vaşinqton/21.04.23/Turan: ABŞ həbsdə olan fəal Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir, Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Biz bu işi çox diqqətlə izləyirik", - mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqdə Hacıyevin azad edilməsinə dair beynəlxalq çağırışlara baxmayaraq, onun həbs müddətinin uzadılması ilə bağlı Turan-ın sualını cavablandırarkən deyib.
"Biz onun həbsilə bağlı öz mövqeyimizi dəqiq şəkildə ifadə etdik və vəziyyəti çox yaxından izləməyə davam edirik", - Patel əlavə edib.
Tanınmış hüquq müdafiəçisi, ABŞ-da təhsil almış Bəxtiyar Hacıyev dekabrın 9-da "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə həbs edilib. Fəal bu ittihamları qətiyyən qəbul etmir.
Dünən Bakıda məhkəmə onun həbs müddətini daha iki ay uzadıb.
ABŞ hökuməti, eləcə də senatorlar Dik Durbin və Ben Kardin kimi Konqres liderləri dəfələrlə Azərbaycanı Bəxtiyar Hacıyevi "dərhal" azad etməyə çağırıblar. Bir çoxları, o cümlədən keçmiş dövlət katibi Hillari Klinton ona qarşı ittihamların siyasi motivli olduğunu bildirib. 0
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.
-
Aprelin 25-də Bakının Xətai Rayon Məhkəməsində “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılacaq. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib.
-
Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün mifologiyadan əl çəkməli və qonşularına qarşı heç bir iddiasının olmadığını sübut etməlidir. Bu barədə prezident İlham Əliyev aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşdə bildirib.
-
Aprelin 23-də Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, Ermənistan-Azərbaycan sərhədində geodeziya ölçmələrindən və koordinatların dəqiqləşdirilməsindən sonra ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
Rəy yaz