Anar Süleymanov
Xoşbulaqdakı etirazçı 30 sutka həbs edilib
Bakı/06.05.23/Turan: Gəncə sakini Anar Süleymanov Daşkəsən rayon polisində döyüldüyünü bildirdikdən sonra inzibati qaydada 30 sutka həbs edilib.
Turan-ın yazdığına görə, iyunun 5-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini polis tərəfindən saxlanılıb. Onların sözlərinə görə, xoşbulaqlıları döyüblər, işgəncə veriblər, Bəylər Eyyubova (dövlət başçısının mühafizə rəisi) və digər məmurlara məxsus ərazilərdə mal-qara otarmağa və kənd təsərrüfatı işləri aparmağa son qoymasalar, qohumlarının zorlanacağı və işdən çıxarılacağı ilə hədələyiblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupunun əməkdaşı Eşgin Qasımov Turan-a bildirib ki, Gəncə sakini, "əvvəllər mühakimə edilmiş" Süleymanov "Tik-tok"da polis əməkdaşları haqqında əsassız, qərəzli, təhqiredici fikirlər yayması ilə əlaqədar Daşkəsən rayon polis şöbəsinə çağırılıb.
"O, yenidən səs-küy salıb, hüquqazidd hərəkətlər edib, onu asayişə çağıran polis əməkdaşlarına tabe olmayıb. Bununla əlaqədar rayon polis şöbəsinə aparılıb, orada protokol tərtib edilib və iş materialları məhkəməyə göndərilib", - Qasımov deyib.
2021-ci ilin fevralında Baş Prokurorluq saxta sənədlərlə torpaq sahələrini satarkən rüşvət aldığına görə Xoşbulaq kənd Bələdiyyə Şurasının rəhbəri Rasim Allahverdiyevin həbs olunduğunu bildirmişdi. 06B
-
- Cəmiyyət
- 6 İyun 2023 16:13
Cəmiyyət
-
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Astara rayonunun Sım kəndində keçirdiyi növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan kənd sakinləri Xətai Xalıqov və onun qohumu Afşin Salayevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
-
Son dövrlər Azərbaycan bir sıra Şərqi Avropa, Asiya və Afrika ölkələri ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Məsələn, bu ayın əvvəli, mayın 4-də Mərakeş, Qambiya (Afrika), mayın 6-da isə Albaniya (Şərqi Avropa) ilə Azərbaycan arasında viza tələbi aradan qaldırılıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir May ayının 15-i “GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq. Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Mayın 14-də Bakıda və Abşeronda dəyişkən hava şəraiti davam edəcək, güclü şimal-qərb küləyi əsəcək. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Rəy yaz