Əmrah Təhməzov
Müxalifətçi prezident İlham Əliyevi tənqid etdiyinə görə 30 sutka həbs edilib
Bakı/06.06.23/Turan: İctimai fəal Əmrah Təhməzov 30 sutka həbs edilib. Bu barədə bir həftə sonra məlum olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, Təhməzov Facebook-da prezident İlham Əliyevi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevi azad etməyə çağırdıqdan sonra həbs edilib. Bu statusda o, Əliyevi kəskin tənqid edib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Əmrah Təhməzovun saxlanmasının səbəbi sosial şəbəkədəki statusla bağlı deyil. O, xuliqanlığa görə 30 sutka həbs edilib. 0
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Almatı görüşü, Yerevanda və Tbilisidə aksiyalar... – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 12:19
- 198
Rəy yaz