Ziyafət Abbasova
Müxalifətçi məcburi müalicə üçün ruhi dispanserə göndərilib
Bakı/07.06.23/Turan: Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Ziyafət Abbasovanın iyunun 6-da oğurlanaraq 1 saylı Maştağa ruhi əsəb dispanserinə yerləşdirildiyi bildirilir. Bu barədə Turan-a partiyanın sədri Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, yaxınları bu barədə 1 gün sonra xəbər tutub.
İbadoğlu qeyd edib ki, Ziyafət Abbasovanın sağlamlığı qaydasındadır, səhhəti normaldır, onun ruhi-əsəb dispanserində müalicəyə ehtiyacı yoxdur. "Bütün bu baş verənlər də yalnız xalqı qorxutmağa, tənqidi fikirləri susdurmağa, hakim ailənin və onun ortaqlarının oğurluqlarının ifşa olunmasının qarşısını almağa yönəlib".
O, aidiyyatı orqanlardan Ziyafət xanımın tez bir zamanda evə buraxılmasını tələb edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacağın müraciətinə əsasən, sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. "Hazırda onun müalicəsi davam etdirilir". 0
-
- İqtisadiyyat
- 7 İyun 2023 16:33
Cəmiyyət
-
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Astara rayonunun Sım kəndində keçirdiyi növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan kənd sakinləri Xətai Xalıqov və onun qohumu Afşin Salayevi saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
-
Son dövrlər Azərbaycan bir sıra Şərqi Avropa, Asiya və Afrika ölkələri ilə vizasız gediş-gəliş haqqında saziş imzalayıb. Məsələn, bu ayın əvvəli, mayın 4-də Mərakeş, Qambiya (Afrika), mayın 6-da isə Albaniya (Şərqi Avropa) ilə Azərbaycan arasında viza tələbi aradan qaldırılıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir May ayının 15-i “GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutacaq. Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçiriləcək bu tədbir çərçivəsində 2 gün ərzində maraqlı məruzələrin və panel iclaslarının yer alması gözlənilir. Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Mayın 14-də Bakıda və Abşeronda dəyişkən hava şəraiti davam edəcək, güclü şimal-qərb küləyi əsəcək. Səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Rəy yaz