Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir

Bakı/23.06.22/Turan:  Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir. Bu barədə jurnalist Elsevər Muradzadə “Turan” Agentliyinə məlumat verib.

Muradzadənin sözlərinə görə, bugün, iyunun 22-də səhər jurnalistlər Nərgiz Absalamova, Nigar Mübariz və onu Gədəbəy rayonun Söyüdlü kəndinə polislər buraxmayıblar:

"Alternativ yollarla kəndə girmişdik. Bir az öncə Gədəbəy rayonunun polis tərəfindən zorla Gədəbəydən çıxarıldıq. Nərgiz ilə Nigarın telefonu əlindən alındı və fiziki zorakılığa məruz qaldılar. Polis rəisi bildirdi ki, ancaq icazəli media kənddə qala bilər".

Muradzadə vurğulayıb ki, hazırda Bakıya qayıdırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə “Turan”a bu məlumatı təkzib edib:

"Nə saxlanılma, nə də döyülmə olub. Cəfəng məlumatdır".-0-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti