ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin  görüşü "mümkün qədər erkən tarixə" keçiriləcək

Vaşinqton/14.06.23/Turan: Çərşənbə axşamı Dövlət Departamenti bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti raundunun "mümkün qədər erkən tarixə "keçiriləcəyinə" ümid edir", - rəsmi nümayəndə Metyu Miller gündəlik brifinqdə deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Biz Vaşinqtonda danışıqların növbəti raundunun keçirilməsini səbirsizliklə gözləyirik, çünki tərəflər Cənubi Qafqaz regionu üçün dinc dialoq aparmağa davam edirlər", -Miller Turan-ın müxbirinə deyib.

"Daha əvvəl dediyimiz kimi, hesab edirik ki, birbaşa dialoq qalan məsələlərin həlli üçün açardır. Hesab edirik ki, razılaşmanın əldə edilməsi mümkündür", - o deyib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün bu bazar ertəsi Vaşinqtonda keçiriləcəyi gözlənilirdi.

Turan-ın “Görüş tarixinin təxirə salınması danışıqlar prosesinin vəziyyətini və tərəflər arasında fikir ayrılıqlarını əks etdirirmi” sualının cavabında  Miller deyib ki: "Heç də yox... Bu, 100 faiz planlaşdırma problemlərilə əlaqədardır".

Mətbuat katibi hər hansı müddət təklif etməkdən çəkinərək qeyd edib ki,  "görüşü yenidən keçirməyi səbirsizliklə gözləyirik".

Aleks Raufoğlu

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti