Açiq mənbələrdən foto.
Avropa Şurası Parlament Assambleyasının sessiyasının gündəliyinə Laçın yolundakı vəziyyətə dair məsələ daxil edilib
Bakı/20.06.23/Turan: Avropa Şurası Parlament Assambleyası yay sessiyasının gündəliyinə "Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi" məsələsinin "təcili qaydada" müzakirəsini daxil edib.
Avropa Şurasının mətbuat xidmətindən bildiriblər ki, debatlar iyunun 22-də axşam keçiriləcək.
Müzakirənin məruzəçisi İrlandiyadan olan parlamentari Pol Gevandır.
Bundan öncə Gevan Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə məruzə hazırlayaraq təqdim edib. 06B
-
- Siyasət
- 20 İyun 2023 10:50
Siyasət
-
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev Umbaki təcridxanasıda quru aclıq aksiyası elan edib.
-
Mayın 16-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib.
-
Bu gün Gəncə Apellyasiya Məhkəməsində demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş şikayətə baxılması başa çatıb.
-
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Ələsgər Məmmədlidən aprelin 26-da götürülən təhlilin nəticələri haqqında məlumat verib.
Rəy yaz