Azərbaycan-Ermənistan: Arlinqtondakı danışıqlar başa çatmaq üzrə olduğu bir vaxtda ABŞ gərginliyi aradan qaldırmağa çalışır
Vaşinqton/29.06.23/Turan: Çərşənbə günü Birləşmiş Ştatlar yüksək vəzifəli diplomatları Vaşinqton yaxınlığında üç günlük danışıqlarını bu gün yekunlaşdırmalı olan Azərbaycanı və Ermənistanı gərginliyi aradan qaldırmağa və sülh prosesini qorumaq üçün təxribatlardan yayınmağa çağırıb, xəbəri Amerikanın paytaxtından Turan-ın müxbiri verib.
"Biz Dağlıq Qarabağda insanların həlak olmasından çox narahatıq", deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Qarabağda hərbi toqquşma baş verdikdən cəmi bir neçə saat sonra Twitter-də yazıb.
Öz növbəsində, mətbuat katibinin baş müavini Vedant Patel gündəlik brifinqdə belə deyib: "Bu son hadisələr hərbi əməliyyatlardan yayınmaq və danışıqlar prosesində möhkəm və layiqli sülhə nail olmaq zərurətini göstərir".
Patel bildirib ki, ABŞ-ın rəhbərliyi altında xarici işlər nazirləri ilə danışıqlar "konstruktiv olub və biz bu gün də, sabah da bu müzakirələri inkişaf etdirməyə davam edirik, buna görə cədvəldə heç bir dəyişiklik yoxdur".
Nazirlər Ceyhun Bayramov və Ararat Mirzoyan çərşənbə günü Ağ Evdə prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
"Mən Ermənistanı və Azərbaycanı sülhə doğru irəliləməkdə davam etməyə, habelə etimadı möhkəmləndirmək üçün təxribatlardan yayınmağa və gərginliyi azaltmağa çağırdım", deyə Sallivan görüşdən sonra Twitter-də yazıb.
Patel TURAN-ın yerlərdə gərginliyi nəzərə alaraq, xarici işlər nazirlərinin diqqətlərini danışıqlara cəmləşdirib cəmləşdirməməsi haqqında sualına cavabda hər hansı şərh verməkdən çəkinib.
O, belə deyib: "Bununla belə, deyə bilərəm ki, bu, dövlət katibinin bilavasitə məşğul olacağı məsələdir və Qafqazda danışıqlar üzrə baş müşavirimiz Lu Bono da daxil olmaqla, komandamızın digər üzvləri kimi, o da bu prosedə bilavasitə iştirak etməyə davam edir. Biz bilavasitə xarici işlər nazirləri ilə birlikdə bu məsələ ilə məşğul olmağa davam edəcəyik".
Turan-in daha əvvəl məlumat verdiyi kimi, Bakı vaxtı ilə bu gün axşam dövlət katibi Entoni Blinken Vaşinqton hüdudlarından kənarda azərbaycanlı və erməni həmkarları ilə ikitərəfli sülh danışıqlarının yekun iclasında iştirak edəcək. 0
Siyasət
-
İstintaq təcridxanasında III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətlinin vəziyyəti pisləşib. Bu barədə onun xanımı Günel Manaflı bildirib.
-
Avropa İttifaqının 12 ölkəsinin xarici işlər nazirləri Gürcüstandakı hadisələrlə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelə, həmçinin Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyiyə müraciət ediblər.
-
Mayın 13-də Bakının Xətai Rayon Məhkəməsində Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalının "İki sahil" qəzetinə qarşı iddiası üzrə proses başa çatıb. Prosesə Sahibə Hacıyeva sədrlik edib.
-
Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) istintaq təcridxanasında müddətsiz aclıq elan edib. O, qanunsuz həbsinə və hökmdən apellyasiya şikayətinə qeyri-obyektiv baxılmasına etiraz edir.
Rəy yaz