Açiq mənbələrdən foto.
Osman Nərimanoğlu jurnalist fəaliyyəti ilə əlaqədar təqib edildiyini bildirib
Bakı/07.07.23/Turan: Demokratik.az saytının redaktoru Osman Nərimanoğlu (Rzayev) həbsindən bir il ötməsi ilə əlaqədar ictimaiyyətə müraciət edib.
5 iyul 2022-ci il tarixindən həbsdə olan jurnalist bildirir ki, peşə fəaliyyəti ilə əlaqədar Göygöl rayonunun vəzifəli şəxsləri tərəfindən ona qarşı başladılmış böhtan kampaniyasının qurbanı olub.
Göygöl xəstəxanasının direktoru Vasif Əliyevin, Rayon Suvarma Sistemləri İdarəsinin keçmiş rəisi İlqar Məhərrəmovun və daha iki həkimin şikayəti əsasında ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci (hədələmə yolu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Nərimanoğlunun iddiasına görə, ittihamlar onun rəhbərlərinin Göygöl rayon hüquq-mühafizə orqanlarında himayədarları olan bu idarələrdə mənfi halları işıqlandırması ilə əlaqədar saxtalaşdırılıb.
Nərimanoğlu qeyd edir ki, cinayət təqibi hansısa etibarlı dəlillərə əsaslanmır, ərizəçilərin və "şahidlərin" bəyanlarına əsaslanır.
Jurnalist həmçinin istintaq zamanı hüquqlarının pozulduğunu qeyd edir. Belə ki, saxlanıldıqdan sonra onun yaxınları ilə əlaqə saxlamasına və bu haqda məlumat verməsinə, seçdiyi vəkili dəvət etməsinə icazə verməyiblər. Nərimanoğlunun iddiasına görə, istintaq zamanı ona təzyiq göstərilib.
Bundan başqa, Nərimanoğlu qeyd edir ki, istintaq əsassız olaraq 7 ay uzanıb, indi isə beş aydır məhkəmə davam edir.
Sonda o, ölkə və baş prokurorluq rəhbərliyini hüquq-mühafizə orqanlarının ona qarşı özbaşınalığına biganə qalmamağa, müdaxilə etməyə və onun hüquqlarının pozulmasına son qoymağa çağırır. Nərimanoğlu həmçinin ölkə ictimaiyyətini və media ictimaiyyətini onun işini diqqət mərkəzində saxlamağa çağırır.
"Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" hüquq müdafiə ittifaqı Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb. 06D
-
- Siyasət
- 7 İyul 2023 12:29
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz