Mahir Əzimov
Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov 4 il azadlıqdan məhrum edilib
Bakı/08.07.23/Turan: İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, bir il öncə külli miqdarda narkotik maddə alveri ittihamı ilə həbs edilmiş 41 yaşlı Mahir Əzimovun işi üzrə proses başa çatıb.
Məhkəmə prosesi başa çatdıqda məhkəmə ittihamı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən (narkotik maddənin qanunsuz hazırlanması, istehsalı, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satıışı) daha az ağır olan 234.1-1-ci maddəyə (satış məqsədi olmadan eyni hərəkətlər) tövsif edib və Əzimova 4 il həbs cəzası verib.
Birinci ittiham üzrə Əzimovu 5 ildən 12 ilədək, ikinci ittihamla 3 ildən 8 ilədək həbs təhlükəsi gözləyirdi. Prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Əzimov özü ittihamları rədd edib və bildirib ki, narkotik maddələri onun üzərinfə polis məmurlarının özləri qoyublar.
Onun sözlərinə görə, polis ondan Müsəlman Birliyi Hərəkatından imtina etməyi tələb edib, əks halda cinayət işilə hədələyib.
Müdafiə tərəfi hesab edir ki, Əzimovun günahına dair səhih dəlilləe təqdim edilməyib.
Vəkil Zibeydə Sadıqova diqqəti ona yönəldib ki, iş materiallarında ekspert rəyinə görə, Əzimov narkotik maddə istifadəçisi deyil. Digər tərəfdən, məhkəmə müəyyən edib ki, narkotik maddələr "satış məqsədilə olmayıb". Belə vəziyyətdə sual yaranır ki, əgər o, narkotik maddə alverçisi və istifadəçisi deyilsə, niyə narkotik maddə daşıyırmış?
Vəkil bildirib ki, Əzimovun barədində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Müsəlman Birliyi Hərəkatında hesab edirlər ki, Mahir Əzimovun təqib edilməsi siyasi motivlidir. Hərəkatda qeyd ediblər ki, hazırda təşkilatın 60-dan çox fəalı, o cümlədən lideri Taleh Bağırzadə (2015-ci ildə Nardaranda xüsusi əməliyyat zamanı həbs edilib və 20 il azadlıqdan məhrum edilib) həbsdədir. 06B
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz