Zamin Salayev
Zamin Salayev aclığı bərpa edib
Bakı/11.07.23/Turan: Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev azad edilməsi tələbi ilə aclığı bərpa edib. Bu barədə Turan-a fəalın vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, Salayev iyulun 10-dan qida qəbulundan imtina edir.
Vəkil xatırladıb ki, Salayev əvvəlki aclığı aksiyaya başladıqdan 114 gün sonra, apellyasiya məhkəməsində azad ediləcəyi haqqında ona verilən təminatlarla əlaqədar dayandırıb.
"Lakin iyulun 6-da Bakı Apellyasiya Məhkəməsində keçirilən hazırlıq iclasında jurnalistlər zala buraxılmayıb, müdafiə tərəfin vəsatətləri isə təmin edilməyib. Buna görə Salayev şikayətinə ədalətli baxılacağı haqqında vədlərin yerinə yetirilməyəcəyini hesab edir və o, aclığı bərpa edib", deyə Kərimli qeyd edib.
Onun sözlərinə görə, Salayevin səhhətində ciddi problemlər var, çünki o, ilk aclıqdan sonra hələ özünə gəlməyib. Vəkil yeni aclığın onun sağlamlığına ciddi zərər vura biləcəyindən ehtiyatlanır.
Penitensiar Xidmətdən Turan-a bildiriblər ki, "məsələ araşdırılacaq və daha sonra məlumat veriləcək".
Salayevin şikayətinə mahiyyəti üzrə baxılması iyulun 13-nə təyin edilib.
* Zamin Salayev fevralın 7-də saxlanılıb, növbəti gün Qaradağ Rayon Məhkəməsi onu silahdan istifadə etməklə xuliqanlıq törətmək ittihamı ilə həbs edib (CM-in 221.3-cü maddəsi). Salayev saxlanıldığı andan etibarən azad edilməsi tələbi ilə aclıq elan edib. Mayın 22-də məhkəmə onu 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, apellyasiya məhkəməsinin şikayətinə ədalətli baxacağına dair təminat verildikdən sonra iyunun 1-də, aksiyanın 115-ci günündə aclığı dayandırıb.
ABŞ-ın Bakıdakı səfirliyi hakimiyyəti Salayevi və digər siyasi məhbusları azad etməyə çağırıb. 21B06
-
- İqtisadiyyat
- 11 İyul 2023 16:43
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz