İctimai fəal Lətif Məmmədov sərbəst buraxılıb
Bakı/12.07.23/Turan: İyulun 12-də gecə saatlarında saxlanılan ictimai fəal Lətif Məmmədov sərbəst buraxılıb. Bu barədə Turana L.Məmmədovun özü məlumat verib.
Fəalın sözlərinə görə, mülki geyimli şəxslər onu oğurlayıb apardılar: "Aldadıblar ki, başqa adamla səhv salıblar məni, maşına mindirib Nəsimi Rayon Polis İdarəsinə aparıblar".
L.Məmmədov bildirib ki, onun saxlanılmasının səbəbi "Meydan TV"-nin İlham Əliyevin Söyüdlü ilə bağlı paylaşımına yazdığı tənqidi şərh olub.
Fəal qeyd edib ki, polis idarəsində ona mənəvi təzyiq göstəriblər, sonra poliə müqavimət etdiyi barədə protokola qol çəkdirib 100 manat məbləğində cərimələyib buraxıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.-0-
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz