Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/19.07.23/Turan: Ədliyyə Nazirliyinin Azərbaycanda 31 siyasi partiyanın "öz təşəbbüsü ilə" ləğv olunmaları barədə bəyanatı böyük şübhə doğurur, xəbəri politoloq Nəsimi Məmmədli bildirib.

"Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün geniş imkanlar, siyasi pluralizm, sərbəst toplaşmaq azadlığı təmin edildiyi, birləşmək hüququ ilə bağlı problemlərin olmadığı təqdirdə bu tipli bəyanatları səmimi qəbul etmək olardı", deyə o, Turan Agentliyinə bildirib.

Digər tərəfdən, qanun təkrar qeydiyyat tələblərini sərtləşdirir, xüsusən, partiyanın minimum 5 min üzvü olması tələb olunur.

O xatırladıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. 

"Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi. Bu partiyaların çoxluğu nə cəmiyyətdə demokratik proseslər yarada bilmədi, nə vətəndaşların siyasi partiyalara qoşulması üçün hansısa bir müsbət impuls yarada bilmədi. O cəhətdən düşünürəm ki, partiyaların çoxluğu, bu istiqamətdə olan fəaliyyətlər heç də cəmiyyətin demokatikləşməsinə, plüralizmə gətirib çıxarmadı", deyə o bildirib.

Məmmədli partiyaların sayının azalmasının, özlərini buraxmasının ölkədə demokratik proseslərə mane olub-olmayacağı sualına indiki anda birmənalı cavab verməyin çətin olduğunu deyib.

Qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmiş 27 siyasi partiyanın neçəsinin qeydiyyatdan keçmək imkanları ilə bağlı sualın cavabında siyasi təhlilçi deyib ki, belə görünür ki, burada "qanunvericiliyin norma və tələblərindən daha çox siyasi qərarlar həlldedici olacaq".

"Ədliyyə Nazirliyinin təkcə telefon zəngləri ilə insanların partiyaya üzv olub-olmadığını müəyyənləşdirməsi çətin məsələdir. Üzvlərin müəyyənləşdirilməsi üçün başqa metodlar da seçilməlidir. Təkcə telefon zənginə istinad edilməsi gələcəkdə hüquqi nəticələr doğuracaq. Razı olmayan partiyalar məhkəmələrə müraciət edəcək və Avropa İnsan Haqları Məhkəməsi siyasi hüquqları təmin edəcək və bununla dövlətin də üzərinə müəyyən bir məsuliyyət qoyacaq. Bu nöqteyi-nəzərdən üzvlərin yoxlanılması fəqrli, daha doğrusu, daha şəffaf olsa idi, o zaman bu daha etimadlı ola bilərdi. Hər halda vətəndaş cəmiyyətinin, nazirliklərin yanındakı ictimai şuraların, onun da etimadlı üzvlərinin iştirakı ilə bu yoxalmalar həyata keçirilə bilərdi. Digər tərəfdən də, düşünürəm ki, Azərbaycan kimi antidemokratik bir ölkədə beş min nəfərin bir partiyaya üzv olması çətin məsələdir. Xüsusilə də hakimiyyətin müxalif yönümlü siyasi təşkilatlara münasibətinin nə qədər basqıçı olduğunu nəzərə alsaq, həqiqət bundan ibatərdir ki, hətta müxalif siyasi partiyalara üzv olan insanlar bunu gizlədir. Ona görə ki, bu təqiblərlə, onların işlərini itirməsi ilə, yaxınlarına təzyiqlərlə nəticələnir. Ona görə də düşünürəm ki, Ədliyyə Nazirliyinin seçdiyi metod, siyasi partiyalar, o cümlədən də müxalif siyasi partiyalar üçün çətin bir vəziyyət yaradır", Məmmədli belə düşünür.

Qeyd edək ki, Ədliyyə Nazirliyi artıq iki müxalif partiyanın - REAL və Müsavat Partiyasının siyahılarında "çatışmazlıqlar" aşkar edib və onlara təşkilatların üzvləri haqqında məlumatlara düzəliş etməyi təklif edib. 03B06

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti