İradə Bayramova
Qubad İbadoğlunun xanımı saxlanma zamanı onlara fiziki təzyiq göstərildiyini bildirib
Bakı/24.07.23/Turan: Dünən müxalifətyönlü siyasətçi ilə birlikdə onun xanımı İradə Bayramova da saxlanılıb. O bu barədə jurnalistlərə bildirib.
Bayramovanın sözlərinə görə, saxlanma zamanı polis əməkdaşları onlara fiziki təzyiq göstəriblər.
« Həm Qubadın, həm də mənim bədənimdə zorakılıq izləri var. Biz Qubada dərman verə bilmərik. O, xəstədir və gün ərzində bir neçə dəfə dərman qəbul etməlidir. Buna imkan vermirlər, Qubadı, sadəcə, öldürmək istəyirlər", - Bayramova deyib.
O, vətəndaş cəmiyyətini İbadoğlunun taleyinə biganə qalmamağa və etiraz səsini ucaltmağa çağırıb.
O hesab edir ki, İbadoğlu Azərbaycan prezidentinin göstərişilə saxlanılıb.
Bayramova zorakılıq izlərini, sağ çiynindəki qançırları jurnalistlərə göstərib.
İbadoğlunun qardaşı Qalib Bayramov jurnalistlərə bildirib ki, Qubad İbadoğlu və xanımının olduğu avtomobil saxlanılan zaman 6 polis maşını onları təqib edib.
Onları ayrı-ayrı avtomobillərə oturdaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə İdarəsinə aparıblar. Onlar ayrı-ayrı otaqlarda saxlanılıb. Siyasətçinin xanımını axşam saat 19:00-a yaxın buraxıblar.
Azərbaycan Demokratiya və Rifah Partiyası sədrinin müavini Ellada Məmmədli bildirib ki, təşkilat Qubad İbadoğluna qarşı irəli sürülən ittihamlara inanmır.
«Belə bir aydın insanı, ziyalını nəyə görə şərləyib tutublar? Qubad bəy nə vaxtdan FETÖ-çü oldu? Qubad bəy ehtiyatlı davranan, hər şeyə nəzər yetirən adamdır. Onun hansısa kriminal məqsədlə kiməsə pul verdiyinə inanmırıq. O, çox məsuliyyətli adamdır, şəffaflıq tərəfdarıdır, xüsusilə pul məsələlərində", - Məmmədli deyib.
Hüquq müdafiəçisi Zəfər Əhmədov xatırladıb ki, 2016-cı ildən bəri bir neçə müxalifətçini FETÖ ilə əlaqələrdə ittiham etsələr də, sonradan ittihamlar dəyişib.
“Bu ittihamlar müxalifətçilər Faiq Əmirli, Fuad Əmədli, Elgiz Qəhrəman tutulanda da olub. İstintaq orqanı əvvəlcə həbs edir, sonra ittiham düşünür. Qubad İbadoğlu üçün də bir maddə tapacaqlar “, - Zəfər Əhmədli deyib.
Daxili İşlər Nazirliyi Bayramovanın saxlanılması və ona fiziki təzyiq göstərilməsini təkzib edib.—06В-
-
- İqtisadiyyat
- 24 İyul 2023 15:50
-
- İqtisadiyyat
- 24 İyul 2023 16:12
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz