Məhəmməd Hüseyn xan Müştaqın dəfn olunduğu Şəki Xan məscidi qəbiristanlığı
Şəki xanının cənazəsi gizli şəraitdə təkrar dəfn edilib
Bakı/24.07.23/Turan: XVIII əsrdə Şəki xanlığının hökmdarlarından biri olan Məhəmmədhüseyn xanın qalıqları iyulun 22-də Şəkidəki xan qəbiristanlığında yenidən dəfn edilib. Bu barədə Turan-a tədqiqatçı- tarixçi, jurnalist Aydın Məmmədov bildirib.
O, xanın qəbrinin yeri barədə şəxsən özü aidiyyəti qurumun nümayəndəsinə məlumat vermişdir. Bundan sonra isə həmin yerdə arxeoloji qazıntılar aparılmış və 3 iyul 2021-ci il tarixdə orada Məhəmmədhüseyn xanın qalıqları aşkar olunmuşdur.
"O zaman cəsədin qalıqları çıxarıldı və bildirildi ki, təntənəli şəraitdə yenidən dəfn ediləcək. İki ildir ki, harada saxlanıldığı məlum deyildi, nəhayət, iyulun 22-də səhər saat doqquzda onu Xan qəbiristanlığında yenidən dəfn ediblər. Eyni zamanda, dəfndə cəmi 10 nəfər – Xan məscidinin imamı və onun köməkçisi, Cümə məscidindən üç din xadimi və digərləri iştirak edib. Rayon və respublika rəsmilərindən heç biri iştirak etməyib. Qəbir gecə qazılıb, dəfn faktiki olaraq gizli şəkildə keçirilib. Çəkiliş aparılmayıb. Şəkixanovlar sülaləsinin nümayəndələri bu hadisəni çox gözləyirdilər. Lakin onları heç kim xəbərdar etməyib və təkrar dəfn mərasiminə dəvət etməyib", - Məmmədov deyib.
Onun sözlərinə görə, məzarın üstünə dəfn olunanın şəxsiyyətini göstərən qəbir daşı belə qoyulmayıb.
"Dedilər ki, sonradan abidə qoyacaqlar. Ancaq iki il ərzində abidəni əvvəlcədən hazırlamaq mümkün idi", - araşdırmaçı qeyd edib.
O, Şəki xanının sümüklərinn bu formada yenidən dəfn edilməsini Şəki xanları sülaləsinin xatirəsinə, diyarın tarixinə və bütövlükdə Azərbaycana hörmətsizlik hesab edir. 06B
-
- Siyasət
- 24 İyul 2023 17:17
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz