İlqar Məmmədov

İlqar Məmmədov

Bakı/20.07.23/Turan: İyulun 19-da Ədliyyə Nazirliyi reyestr sənədlərinin yoxlanılması ilə bağlı REAL (Respublika Alternativi) Partiyasına ikinci məktubu göndərib. Məktubda partiyanın hər üzvü ilə bağlı izahat verilib. Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bugünkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, partiya həmin məlumatları öyrənib və məlum olub ki, Ədliyyə Nazirliyinin dövlət reyestrində adlarını tapa bilmədiyi 2020 nəfərin məlumatında hərf və ya rəqəm səhvi olub. "Burada hər iki tərəfin çatışmazlıqları var. Qarışıq durumu yaradan həmin o dövlət sistemidir", - Məmmədov deyib.

Məktubda həmçinin qeyd olunub ki, telefon zəngləri zamanı 986 nəfər partiya üzvlüyünü təsdiq etməyib. "Bu, tamamilə gülünc prosedurdur və demokratik təməllərə ziddir”, - Məmmədov sözlərinə davam edib.

Onun dediklərinə görə, həmin siyahıda adları göstərilən üzvlərin bir neçəsindən soruşublar, onlar zəng gəlmədiyini bildiriblər. Bəziləri isə deyib ki, zəng gəlib, onlar partiya üzvlüyünü təsdiqləyiblər.

Məmmədov deyib ki, baxmayaraq ki, REAL Partiyası siyasi partiyalar haqqında yeni qanuna qarşıdır, onlar Ədliyyə Nazirliyilə konstruktiv əməkdaşlığa hazırdırlar.

O həmçinin bildirib ki, bu gündən REAL Partiyası partiyaya yeni üzvlərin qəbulu üzrə  kampaniyaya başlayıb.

Eyni zamanda o deyib ki REAL-ın qeydiyyatı ləğv ediləcəyi təqdirdə partiyanın hansı addımları atacağı barədə müzakirələr aparılır. "Lakin birmənalı olaraq REAL Partiyası buraxılmayacaq”, - Məmmədov bildirib.

*Ədliyyə Nazirliyi daha iki müxalifət partiyasının – Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının reyestr sənədlərindəki nöqsanları bildirib.

İyulun 18-də nazirlik bildirib ki, ən azı 5 min nəfərin partiyalara üzv olmasını tələb edən yeni qanun qüvvəyə mindikdən sonra 31 partiya özünü ləğv etdiyini bildirib.

Digər 28 partiya yenidən qeydiyyat üçün sənədlərini təqdim edib.

**Yanvarın 11-də qüvvəyə minən yeni qanun bir çox müxalifətyönlü siyasi partiyanın kəskin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, yeni qanun siyasi fəaliyyətin məhdudlaşdırılmasına və müxalifət partiyalarının ləğvinə yönəlib.

Azərbaycanda yerli müstəqil ekspertlər hesab edirlər ki, yeni qəbul edilmiş qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir. Avropa Şurası  Venesiya Komissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu  da bu sənədə mənfi ekspert rəyi veriblər. 03B06

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti