Dövlət Departamenti : Qubad İbadoğlunun həbsini "yaxından İzləyirik"
Vaşinqton/25.07.23/Turan: ABŞ bazar ertəsi Azərbaycanda müxalifət partiyasının sədri Qubad İbadoğlunun həbsini yaxından izlədiyini bildirib. Bu barədə TURANın Vaşinqton müxbiri xəbər verir.
"Biz Qubad İbadoğlunun həbsini yaxından izləyirik... Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır", - Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində TURANın suallarını cavablandırarkən deyib.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq”, - Miller əlavə edib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, nüfuzlu iqtisadçı alim (bu yaxınlarda ABŞın Rutgers Universitetində çalışıb) polisin İbadoğlunun iyulun 23-də Bakıda yaşamadığı mənzilində 40 min dollarlıq saxta əskinaslar tapdığını iddia etdikdən sonra saxlanılıb.
Ailəsi bu pulların İbadoğluya aid olmadiğını bildirib.
Uzun illər xaricə getdikdən sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Azərbaycan hökuməti onu həm də Fəthullah Gülənin terror təşkilatı ilə əlaqədə də ittiham edib və bu absurd iddiadır.
Aleks Raufoğlu
Siyasət
-
Mayın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elxan Əliyev Umbaki təcridxanasıda quru aclıq aksiyası elan edib.
-
Mayın 16-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib.
-
Bu gün Gəncə Apellyasiya Məhkəməsində demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş şikayətə baxılması başa çatıb.
-
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Ələsgər Məmmədlidən aprelin 26-da götürülən təhlilin nəticələri haqqında məlumat verib.
Rəy yaz