Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/30.08.23/Turan: Bu ilin may ayına qədər “Gilan Holding” MMC adlanan “Xəzri Solutions” MMC (VÖEN: 1400725191) könüllü ləğv edildiyini elan edib.

Şirkət kreditorlara müraciət edərək (https://vergiler.az/news_print.php?) 60 gün ərzində ona qarşı tələblərini bildirmələrini istəyib.

Xatırladaq ki, iyul ayında “Xəzri Solutions” MMC altı şirkətlə - ("Opsion" MMC (VÖEN: 1802990061), “Divident” MMC (VÖEN: 180299019), "Reform Ko" MMC (VÖEN: 1803044271), “Alqoritm.Az” MMC (VÖEN: 4401042371), “Veksel” MMC (VÖEN: 4401042241) və “Dempinq.Az” MMC (VÖEN: 1802989821) birləşmə yolu ilə yenidən təşkil olunduğunu elan etmişdi. 

Bu şirkətlərin hamısının direktoru Mübariz Hüseynovdur.

Qeyd edək ki, “Gilan” şirkətlər qrupu Azərbaycanda hakim Əliyevlər ailəsi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ortaq biznesidir.

"Gilan Holdinq" MMC (https://www.gilanholding.com/company/about) 2016-cı ilə qədər "Gilan Holdinq maliyyə-sənaye qrupunun əsas şirkəti" MMC adlanırdı.

2022-ci ilin iyul ayında şirkətin nizamnamə kapitalının həcmi 98,5 milyon manatdan 100 manata endirilib. 08B

Rəy yaz

İqtisadiyyat

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti